Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəzi "Barselona" oyunçuları Neymarın transferinə qarşıdırlar

Kataloniya "Barselona"sı, əvvəllər də xəbər verildiyi kimi, hazırda Braziliyanın "Santos" klubunda çıxış edən ulduz cinah oyunçusu Neymarı geri qaytarmaqda maraqlıdır.

Bununla belə, İspaniyanın "El Nacional" nəşrinin məlumatına görə, Kataloniya klubunun bəzi futbolçuları Neymarın transferinə qarşı çıxıblar. Ulduz cinah oyunçusu Lamin Yamal və Fermin Lopez braziliyalını klubda görmək istəmir. Hər ikisi Neymarın transferinin komandadakı harmoniyaya və komandanın nəticələrinə mənfi təsir edəcəyini düşünür. "Barsa"nın bir sıra oyunçuları Neymarın Flikin sisteminə uyğunlaşa bilməyəcəyinə inanırlar.

Daha əvvəl mənbələr “Barselona”nın Neymarın qayıtması üçün şərt qoyduğunu bildirmişdilər – Kataloniya klubu Neymarın yaya qədər ən azı 15 qol vurmasını istəyir. Bu, onun zədədən sonra yenidən yüksək formada olduğunu təsdiq edəcək.