Bu gün Torpaq çərşənbəsidir
Bu gün sonuncu çərşənbəni - Torpaq çərşənbəsini, yəni İlaxırı qeyd edirik.
Əvvəlki çərşənbələrdən fərqli olaraq bu gün xalq tərəfindən xüsusilə təntənə ilə qeyd olunur. Bayram gün boyu davam edir və axşam saatlarında pik həddə çatır.Torpaq Çərşənbəsi əcdadlarımızın Torpaq Anaya, onun sərvət və nemətlərinə ehtiramlarını bildirdiyi gündür. Gələn ildə rifahı, çətinliklərdən və bəlalardan qurtulmağı simvollaşdıran müxtəlif rituallarla doludur. Əvvəllər kəndlərdə hər ailə ailə üzvlərinin sayına uyğun olaraq evinin damında məşəl yandırırdı. Bu gün evlərdə məşəl əvəzinə ailə üzvlərinin sayına uyğun şam yandırılır.
Torpaq çərşənbəsini evdə qeyd etmək lazımdır, əks halda bu günü evinizdən kənarda qeyd etməklə yeddi il keçirəcəksiniz.