Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ:
YENİLİKÇİLİK VƏ MODERNLƏŞMƏ

Naxçıvan Dövlət Universitetinin yeni təşəbbüsləri və ideyaları, xüsusilə də, bir model olaraq reallaşdırmış olduğu layihələri ardıcıl, sistemli və yenilikçi olmasına görə fərqlənməkdədir. Son beş ildə burada yaradılan elm və tədris mühiti, malik olduğu aktuallığına görə seçilmiş, çoxistiqamətli əhəmiyyətinə görə fərqlənmişdir. Dövlət tərəfindən göstərilən gündəlik qayğı və diqqətin universitetin hər bir fakültəsində, hər bir kafedrasında, hər bir ixtisasında və hər bir tələbəsinin ixtisaslaşma proseslərində özünü göstərmiş olması, burada, elmə və tədrisə mütərəqqi yanaşmanın olduqca mühüm tərəflərini ortaya qoymaqdadır. 
Ali məktəbin rektoru, Elbrus İsayevin rəhbərliyi, dinamik idarəçiliyi və dövlətçilik ənənələrinə sədaqətliliyi bu proseslərdə öncül nəticələrinə görə seçilməkdədir. Təbii olaraq, bütün bunlar isə, universitetin davam edən islahatlar proseslərinə daha yetkin, daha təkmil və daha modern çağırışlarla hazır olmasına səbəb olmaqdadır. 
Hörmətli Elbrus müəllimin rəhbərliyi ilə Naxçıvan Dövlət Universiteti, artıq ali təhsil ixtisaslaşmaları ilə birlikdə, eyni zamanda, sağlam ideyalar məktəbinin, yaradıcı təşəbbüslər mühitinin, etibarlı innovasiyalar birliyinin, nəzəriyyədən təcrübəyə səmərəli keçidin, yüksək vətənpərvərlik keyfiyyətlərinin dəyişməz ünvanı olaraq qərarlaşmaqdadır. Məhz bütün bunlar, hər bir əməkdaşın, hər bir tələbənin və hər bir vətəndaşın qüruru və arzusunu ifadə etməkdədir. Elə bütün bunlar, həm də, bir model, nümunə və yenilik olaraq, Naxçıvan Dövlət Universitetinin gerçəkləşdirmiş olduğu layihələrin ifadəsini təşkil etməkdədir.
Bunlardan birini də, hörmətli rektorumuz 17 mart 2025-ci il tarixində reallaşdırmış oldu. Belə ki, tələbələrin sevimlisi Elbrus İsayev, NDU rektoru olaraq, Elbrus İsayev ölkə mediası üçün brifinq keçirdi. Bunun özü də, Naxçıvan Dövlət Universitetinin yarandığı 58 ildə öyrəşmədiyi bir nümunə olaraq olduqca yüksək nəticədir. Böyük ictimaiyyətə açıq olmaq, həm də elm və tədris proseslərindən ibarət olan fəaliyyətin bütün tərəfləri ilə özünü təqdim etmək, ola biləcək tənqidlərə hazır olmaq, düşüncəsi, yanaşması, baxışları, fəaliyyəti, reallaşdırmış olduğu yenilikləri və yenilikçiliyi, eyni zamanda, uzunmüddətli hədəfləri ilə bu tənqidlərə hörmətlə yanaşmaq ali məktəbin artıq ənənə halını alan fəaliyyət istiqamətlərinə aiddir.
Naxçıvan Dövlət Universiteti, ali təhsil üzrə mütəxəssis hazırlığı ilə yanaşı, həm də, ölkənin aydın sabahı və parlaq gələcəyi naminə cəmiyyətin daha kiçik yaşlardan olan üzvlərinin həyat yollarına işıq salmaqdadır. Belə ki, universitetin nəzdində olan Gimnaziyanın və Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbinin fəaliyyətə başlaması mütəxəssis hazırlığı tədbirlərinin tam orta məktəblər səviyyəsindən başlanmasına zəmin yaratmaqdadır. Bununla yanaşı, universitetimizin ərazisində Texnologiyalar Parkının inşa olunması, həm də iqtisadi və sosial proseslərin vəhdətindən ibarət olan nəticələrinə görə seçilmiş olacaq.
Bir sözlə, bu brifinq də, ali təhsilin idarə olunması sahəsində növbəti bir model olaraq yüksək əhəmiyyətə malik olacaqdır.
Cavadxan Yusifoglu Qasimov