Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xankəndidə tunel-zirzəmi aşkarlandı 

Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel-zirzəmi aşkarlanıb.

"Trend"ə istinadən xəbər verilir ki, həbsxana tipli zirzəmiyə giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.

Həbsxana otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğularla bağlanır. Tunelə giriş qapısının üzəridə yerləşən mənzillərdən birinin yüksək rütbəli erməni hərbçiyə məxsus olduğu deyilir.

Əvvəllər həbsxana kimi istifadə olunan zirzəminin Vətən Müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu müəyyən olunub.