Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elman Eldaroğlu: 

Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib...

Tahir Əmiraslanov- 67

Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, olduğu yerdə vətənini sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medallar, müxtəlif mükafatlar olub. Bəli, o olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…

Çox gözəl insandır. İllərlə "sehirli qutu"dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…

Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…

O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.

Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar mədəniyyət işçisi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb...

Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…

Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki... Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər...

Martın 14-ü Tahir Əmiraslanovun doğum günüdür, 67 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram...

Elman Eldaroğlu

* * *

Taira Rustamova

Üzünüz daim gülsün və siz ona layiqsiz.Daha uca zirvələrə

Mehebbet Turan

Ad gününüz mübarək, hörmətli Tahir müəllim. Sizə can sağlığı, Azərbaycan mətbəxini dünyaya tanıtdıran işlərinizdə həmişə yüksəklərdə olmağınızı arzu edirəm.

Novrasta Yusifova

DƏYƏRLİMİZ, GÖZƏL İNSAN TAHİR MÜƏLLİM.

MİLLİ KULİNARİYAMIZIN BANISI, HƏR ZAMAN TARİXİMİZİ, MƏDƏNİYYƏTİMİZİ DÜNYANIN HƏR YERİNDƏ LAYİQİNCƏ TƏMSİL EDƏRƏK DÖVLƏTİMİZƏ GƏTİRDİYİNİZ SAYSIZ, HESABSIZ MEDALLAR, ÖDÜLLƏR VƏ HÖRMƏT ÜÇÜN SİZƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.

QAZANDIĞINIZ BEYNƏLXALQ ŞÖHRƏTİNİZ, UĞURLARINIZ DAVAMLI OLMAQLA YENİ DÖĞUM İLİNİZDƏ DAVAM EDƏCƏYİNƏ SƏMİMİ QƏLBİMLƏ ƏMİNƏM VƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.

YAXŞI Kİ, VARSINIZ VƏ SİZİN KİMİ D A H İ N İ TANIDIĞIM ÜÇÜN QÜRUR DUYURAM.

ALLAH SİZİ DAİMA QORUSUN, BU ŞAD GÜNÜNÜZÜ İLLƏR BOYU SAĞLIQLI VƏ DƏYƏRLİ KEÇİRMƏYİNİZİ ARZU EDİRƏM.

İradə Kərimova

Doğum ğününüz mübarək, Tahir müəllim! Sağlıqlı uzun ömr diləyirəm! Allah sizi bədxah adamların fitnə-fəsadından qorusun, dostlarınz uğurlarınıza sevinsin, düşmənlərinizin bağrı çatlasın! Siz həmişə uca zirvədəsiniz! Həmişə də uca zirvədə olacaqsınız! İnşaallah

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.