Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Tbilisidə "Böyük Dəbilqə" turnirində mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları bu gün Tbilisidə "Böyük Dəbilqə" turnirində mübarizə aparacaqlar.

İlk yarış günündə dörd çəki dərəcəsində beş Azərbaycan idmançısı (üç kişi və iki qadın) tatami üzərinə çıxacaq.

Kişilər arasında Murad Muradlı (60 kq), Nazir Talıbov və Rəşad Elkiyev (hər ikisi 66 kq), qadınlar arasında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan komandası turnirdə səkkiz çəki dərəcəsində 11 cüdoçu (yeddi kişi, dörd qadın) ilə təmsil olunur.