Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

   27 mart Ümumdünya Teatr Günüdür

Hər il martın 27-si Ümumdünya Teatr Günü kimi qeyd olunur. 1961-ci ildə Beynəlxalq Teatr İnstitutu (İTİ) tərəfindən əsası qoyulan bu ənənə müxtəlif  yollarla İTİ Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən davam etdirilir. Bu bayram ənənəvi olaraq "Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi" şüarı altında keçirilir. Bu günlə əlaqədar, görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

İlk Ümumdünya Teatr Günü Mesajı isə 1962-ci ildə Jan Kokto tərəfindən yazılmışdır.

Həmin ildən başlayaraq, hər il martın 27-də (Parisdə 1962-ci ildə “Millətlər Teatrı” mövsümünün açılışı tarixi) Ümumdünya Teatr Günü İTİ Mərkəzlərinin təşkilatçılığı ilə qeyd olunur.

Bundan başqa, teatrlar, teatr universitetləri, akademiyalar, məktəblər hər il teatr və ya başqa bir sahə ilə məşğul olan bir şəxsi mövzu ilə bağlı fikirlərini bölüşmək üçün dəvət edirlər. Həmin şəxsin mülahizələri “Beynəlxalq Mesaj” kimi 50-dən çox dilə tərcümə olunur, bütün dünya teatrlarında tamaşalardan əvvəl on minlərlə tamaşaçı üçün oxunur və yüzlərlə gündəlik qəzetdə çap olunur. Audio-vizual sahədə çalışan həmkarlar isə qardaşlıq əlini uzadaraq, bu mesajı yüzdən çox radio və televiziya stansiyaları vasitəsilə bütün dinləyicilərə çatdırırlar.

 

Best coffeeshop in Berlin