Yüngül fiziki aktivlik xərçəngdən qoruyur
Oksford Universitetinin alimləri çox aktiv insanların xərçəngə tutulma riskinin dörddə birdən çox azaldığını müəyyən ediblər.
Ancaq gündə yeddi min addım belə bu xəstəlikdən qorunmağa kömək edə bilər.
Alimlər 5,8 il ərzində könüllülərin həyat tərzində və sağlamlıqlarında baş verən dəyişiklikləri izləyiblər. İştirakçıların orta yaşı 68 idi. Tədqiqat zamanı 13 növ onkoloji xəstəliyin bütün inkişafı halları qeydə alınıb.
Nəticələr göstərdi ki, gündəlik fiziki aktivliyi yüksək olan insanların xərçəngə tutulma riski ən aşağı olanlara nisbətən 26% azdır. Bu qoruyucu təsir həyat tərzi, bədən kütləsi indeksi (BKİ), pis vərdişlərin olması və müəyyən sağlamlıq vəziyyətləri kimi demoqrafik amillərdən asılı olmayaraq müşahidə edilmişdir.
Əlavə məşq etmədən hətta qısa gündəlik gəzintilərin (gündə təxminən yeddi min addım) xərçəng riskinin azalması ilə əlaqəli olduğu da müəyyən edilmişdir. Gündə yeddi min addım yeriyənlərin xərçəngə tutulma riski beş minə yaxın yeriyənlərlə müqayisədə 11% azdır. Doqquz min addım bu riski daha 5% azaldıb.


