Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məhkəmə vətənə xəyanətdə təqsirləndirilən şəxslərə ağır hökm çıxarıb

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını maksimum rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.İttihama görə, E.Rəsulov 2018-ci ildə İranda olarkən bu ölkənin xüsusi xidmət orqanlarının özlərini “Mase” və “həkim” kimi təqdim edən nümayəndələri ilə gizli əməkdaşlıq etməyə razılaşıb.(trend)