YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il
Azər Həsrət:
Çingiz Abdullayevin hansı əsərində Qarabağ məsələsi əks olunub?
İndi ki, belə oldu, buyurun, bu sualıma cavab verin: Ana dilimizi yetərincə bilmədiyi üçün tənqid olunan dünyaca məşhur yazıçı - hörmətli Çingiz Abdullayevin hansı əsərində ermənilərin başımıza gətirdiyi müsibətlər, Qarabağ məsələsi əks olunub və dünyaya tanıtdırılıb? Açığı, mənim heç bir məlumatım yoxdur. Ola bilər ki, mən bilmirəm. Bilən varsa, lütfən, bizi də bilgiləndirsin.
Lənətullah Əkrəm Əylislini də işin içinə qatanlar, bu parazitin “Daş yuxuları”na yazdığım yazıları yəqin ki, oxumamısınız. Onun o kitabını ilk oxuyub maddə-maddə təhlil edən, sözün həqiqi mənasında ağzının payını verənlərdən biri də mən olmuşam. Hərçənd Əkrəmin Çingiz Abdullayevlə müzakirələrə dəxli olmasa da bu qeydi etməli oldum...
Hələ onu da əlavə edim ki, illərdir dostluq etdiyim Şahbaz Xuduoğlu bu yaxınlarda bu Əkrəmə “dostum” deyəndən sonra onunla da əlaqələrimi kəsmişəm. Çünki Əkrəmə dost deyən adam eyni zamanda mənim də dostum ola bilməz...