Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Gəncə" "Naxçıvan"ı üstələyərək ölkə kubokunun finalına yüksəlib 

Kişi basketbol klubları arasında keçirilən Azərbaycan Kuboku uğrunda turnirin yarımfinal oyunları keçirilib və xoşbəxt finalçılar müəyyənləşib.

Qeyd edək ki, "Neftçi"ni üstələyərək (80:83) finala yüksələn NTD-nin ardından eyni uğura "Gəncə" imza atıb. Gəncənin eyniadlı klubu  "Naxçıvan"la oyunda qalib gəlib. Görüşdən 80:86 (14:20, 19:22, 24:19, 23:25) hesablı qələbə ilə ayrılan "Gəncə" adını finala yazdırmaqla NTD-yə rəqib olub. 

Final matçı martın 30-da keçiriləcək. 

İNTİQAM Məmmədov