Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Balabeyli:

BARI DÜŞÜNDÜNMÜ?

Nə qədər boylanım sən gedən yola

Nə qədər gələrsən, deyə düşünüm.

Nə vaxt son qoyarsan bu qeylü qala

Ay məndən inciyim, məndən küskünüm

Barı düşündünmü mənim halımı.

 

Barı düşündünmü mənim halımı

Dedinmi nə çəkir çəkingən oğlan.

Kimsə bağışlamaz məntək zalımı

Gecətək qaralan, buludtək dolan

sım-sım sızıldayan, gömgöy göynəyən

yetim oğlanı.

 

Sım-sım sızıldayan, gömgöy göynəyən

dodağı çatlayan, üžü göynəyən,

qaşı düyunlənən, dili dolaşan,

ayağı burxulan, qəlbi döyünən,

bir udum sevincə boynumu qısdım-

Barı düşündünmü mənim halımı.

 

Bir udum sevincə boynunu qısan

yaralı qəlbini ovcuna sıxan

bütün ağrılara dözüb də asan

bütün günahları özündə görən

bütün günahlara ürək qızdıran

asana çevirən çətin olanı...

barı, düşündünmü həmin oğlanı...

23.12. 2024

* * *

Vasif Süleyman

Düşünur ey... Dilə gətirməyə qüdrəti çatmir

Sevil İsayeva

Təsirli, həsrət dolu şeir.

Məni məndən alıb gedən yol,

Yollara dikilən sevgi dolu, həsrət dolu gözlər...

Ruhunuza, qələminizə qüvvət, ömrünüzə bərəkət olsun, əziz qardaşım. Əladır !!!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.