İmran Xan "Nobel" sülh mükafatına namizəd olub
Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan Ədalət Uğrunda Hərəkatının qurucusu İmran Xan Pakistan Dünya Alyansı hüquq müdafiə təşkilatı tərəfindən "Nobel" sülh mükafatına namizəd göstərilib.
İmran Xan ikinci dəfədir ki, nüfuzlu mükafata namizəddir. 2019-cu ildə Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərildi və daha sonra Pakistan parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə təqdim edildi. Bununla belə, Xan “Kəşmirlə bağlı Pakistan-Hindistan mübahisəsinə yekun həlli gətirən və yarımqitədə sülhə yol açan” siyasətçiyə verilməli olduğunu deyərək "Nobel" mükafatına layiq olmadığını bildirib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya görə 14 il həbs cəzası çəkir.