Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünya Güləş Birliyi (WWU) güləşçilərin 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb. Maraqlıdır ki, Azərbaycan güləşçilərindən 9-u Top-10-da yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə isə yunan-Roma güləşi üzrə 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) və son dünya çempionatının qalibi Ülvi Qənizadəyə (72 kq) məxsusdur. Hər iki güləşçimiz öz cəkilərində dünya lideridir. Sərbəst güləşçilərimizdən Nurəddin Novruzov (61 kq) yeni cədvəldə ikincidir. Top-10-da yer alan digər təmsilçilərimizə gəlincə, klassiklərdən dünya çempionu Nihat Məmmədli (63 kq), Olimpiada-2024-un üçüncüsü Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq), eləcə də sərbəst güləşçilərimiz Maqomedxan Maqomedov (97 kq) və Qiorqi Mesvildisvili (125 kq), o cümlədən qadın güləşçi Alena Kolednik (59 kq) isə öz çəki dərəcələrində ilk üçlükdə yer alıb.

Yeri gəlmişkən, 2025-ci ildə ilk reytinq xarakterli turnir 5-9 fevral günlərində Xorvatiyanın paytaxtı Zaqrebdə olacaq.

İNTİQAM Məmmədov