Tahir Əmiraslanov:
2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş
2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
Toplantı “Aprel şəhidləri” daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb. Görüşdə 400 nəfərə yaxın QHT rəhbərləri iştirak edib.
Bu böyük gücün bir parçası olmaq çox qürur verir.
Qısa müddət ərzində görülın böyük işlərə görə , bizə göstərilən etimad və inama görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Adminstrasiyasına təşəkkürlərimizi ifadə edir , bizə göstərilən etimadı doğruldacağımızı bildiririk.
* * *
Махлуга Караманли
Təşkil edən görüşdə maraq doğuran məsələlər ətrafında müzakirələr keçirildi. Hər bir qalib olan QHT rəhbərlərinə uğurlar arzulayıram.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)