Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

David Manukyan: Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə silahlar Ermənistandan gətirilib

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam edən prosesdə təqsirləndirilən şəxs, Ermənistan silahlı qüvvələrinin keçmiş hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsi ilə xidmət edən Ermənistan vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən Ermənistandan Azərbaycan Respublikasının əvvəllər işğal olunmuş ərazilərinə silah-sursat gətirildiyini etiraf edib.

Təqsirləndirilən şəxslər Ermənistandan əvvəllər işğal olunmuş ərazilərə hərbi xidmət keçmək üçün zabit və digər hərbi qulluqçuların göndərildiyini də bildirib.

Xatırladaq ki, sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, habelə terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyəti zorakılıqla ələ keçirmə və saxlama və bir çox başqa cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi davam edir.