"Qəhrəman analar" kitabının təqdimatı oldu
Aprelin 4 ü tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəşin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "Qəhrəman analar" adlanan kitabının təqdimatı oldu. Təqdimata Bakıdan, Sumqayıtdan, Tovuzdan, Kürdəmirdən, Beyləqandan, Şamaxıdan olan şəhid ailələri, qazilər, şairlər, qiraətçilər, jurnalistlər və kitabsevərlər iştirak ediblər. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıq elan edərək şairə Esmira Günəşi məzun olduğu "Gənc Ədiblər Məktəbinin" diplomu ilə təltif edib. Daha sonra tədbirdə iştirak edən şəhid ailələri qəhrəman övladlarından danışıb. Şairlər şeirlər səsləndirib. Tədbirin aparıcılığını özü edən Esmira xanım tədbir boyu bütün qonaqlara yaxınlaşıb və hər birinə çıxış üçün söz verib. Bir-birindən maraqlı çıxışlar tədbirə daha da rəng qatıb. Tədbirin sonunda xatirə şəkilləri çəkdirən qonaqlar tədbirdən razı qalıblar.
Qeyd edək ki, "Qəhrəman analar" kitabı şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi 25-ci kitabdır. Biz də saytımız adından şairə xanıma yaradıcılıq uğurları arzulayır və bu məşəqqətli yolda ruh yüksəkliyi üçün uğurlarının bol olmasını diləyirik.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)