Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Araz Məmmədov: 

Teatr Muzeyində H. Cavidin anım günü,gənc rəssam Fidan Cəfərovanın ədibə həsr etdiyi kitabının təqdimatı keçirilib

AZPRESS.AZ xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 26 oktyabr 2023 - cü il tarixində saat 15 : 00 - da görkəmli dramaturq, şair, filosof  Hüseyn Cavidin anım gününə, həmçinin gənc rəssam Fidan Cəfərovanın ədibə ithaf etdiyi “Yarasaların gözünü kor edən” kitabının təqdimatına və sərgisinə həsr olunmuş tədbir keçirilib.
Anım günündə Cavid irsi ətrafında söhbət aparılıb, tədqiqatçı alimlər dramaturqun əsərləri və tamaşaya qoyulmuş pyesləri ilə bağlı çıxışlar edib, eyni zamanda kitabın ərsəyə gəlməsi ilə əlaqədar müəllifin və rəyçilərin fikirləri dinlənilib. Tədbir çərçivəsində muzeyimizin fondunda qorunan və Hüseyn Cavid yaradıcılığını əks etdirən eksponatlardan ibarət videoçarx nümayiş olunub, şairin şeirləri səsləndirilib,  həmçinin Fidan Cəfərovanın Cavid mövzusunda rəsmləri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Dizayn və dekorativ – tətbiqi sənət kafedrasının dosenti  sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Əməkdar  rəssam Vüqar Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, rəssam Səmədağa Cəfərov və heykəltaraş Kamran Əsədov çıxış edərək gənc rəssamı təbrik etdilər.
Auditoriya incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqları, muzey əməkdaşları və media nümayəndələrindən ibarət idi.
Sonda xatirə şəkilləri çəkilib.