Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boşanmaq istəyən arvadının qulağını kəsdi - Polis YAXALADI

Bakının Sabunçu rayonunda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.