Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yardımlıda 8-ci sinif şagirdini zorlayan şəxslər HƏBS EDİLDİ

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171 ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər.

Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.