Tahir Əmiraslanov:
Bizim 15 -20 illik büdcəmizi basıb bir ildə dövlət büdcəsindən yeyəcəklər
Arxivimdən tapıldı . Azərbaycan Milli Kulinarita Assosiyaslyası 1985-ci ildə Gəncədə yarandı. 1990-cı ildən rayonlara ilk kulinariya ekcpedisiyaları başladı.
O vaxta kimi Şəki mətbəxi, lənkəran mətbəxi, Gəncə Mətbəxi , Qarabağ mətbəxi və s anlayışlar belə yox idi.
İndi hamı bu anlayışları qəbul edib , hətta bəziləri İrəvan mətbəxini, Naxçıvan mətbəxini, Qarabağ mətbəxini və s. birinci ortaya çıxartdıqlarını, hətta yaratdıqlarını deyirlər. Olsun!
1989 -cu ildə 12 dekabrda keçirdiyimiz Ümum Respublika Konfransının qərarlarını yerinə yetirərək 1990-cı ildə Şuşa , Lənkəran , Gəncə , Şəkiyə ilk Kulinariya ekspedisiyaları təşkil etdik . Peşəkar foto , videoçəkilişlər etdik , xörəklərin texnoloji kartlarını işlədik, restoran biznesinə gətirdik. Bakıda həmin mətbəxlərin ongünlüklərini keçirdik. Ukraina İctimai iaşə Elmi Tədqiqat İnstitunda bu yeməkləri yenidən işlədik və SSRİ Dövlət startı olan İctimai İaşə ücün məcburi olan Reseptlər məcmuəsinə 64 mətbəx nümunəmizi yerləşdirdik.
Biz 40 ildir ki, yalnız belə işlədik .
Hələ Milli Kulinariya Mərkəzimizi 1991-ci ildə yaradacağıq . Hələ Milli Liderimiz Heydər Əliyevin bu işlərə dövlət büdcəsindən maliyyə ayırmasına 7 il var.
Heç vaxt ağlımıza gəlməzdi ki, bizim bu işlərimizdən gələcəkdə Dövlət Turizm Agentliyi yaratdığı yeni Asosiyasiya ilə hər il milyonlarla pul siləcək. Bizim 15 -20 illik büdcəmizi basıb bir ildə dövlət büdcəsindən yeyəcəklər.
.jpg)
.jpg)