Gimnaziyadada ilk medal qazanan boksçu Nəriman Əli olub
Serbiyanın Zlatibor şəhərində 15 yaşlı oğlan və qızlar arasında keçirilən Gimnaziyada İdman Oyunlarında (İSF) Azərbaycanın da iştirak etdiyi boks yarışları finişə yaxınlaşıb. Dünən boks turnirində bir neçə yarımfinal döyüşü keçirilib. Boksçularımızdan Aysan Miriyeva (46 kq), Leyla Mahmudlu (51 kq), Nurlan Museyibli (66 kq), Zirədfin Rüstəmli (70 kq) və Mehran Rəsulov (75 kq) yarımfinal döyüşlərini də qələbə ilə başa vuraraq finala yüksəlib. Yarımfinalda büdrəyən boksçumuz Nəriman Əli isə finala gedən yolda burəməklə bürünc medalla kifayətlənib.
Boksçularımızdan Babək Abdullayev (40 kq), Azad Məmmədli (44 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq) və Kəmalə Həsənova (54 kq) isə 1/4 final mərhələni uğurla başa vuraraq, yarımfinala yüksəlib və bununla da ən pishalda Oyunların bürünc medalını özlərinə təmin ediblər.
Boks yarışlarına aprelin 12-də final döyüşləri keçiriləcək.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)