Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Azad edilmiş ərazilərdə minaya düşmüş ayı 

Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayının videosu yayılıb.

Görüntülərdə açıq-aşkar görünür ki, şikəst olmuş yırtıcı heyvan şikarlarını ovlamaq qabiliyyətini itirir və ac qalaraq məhvə məhkum olur.

Xatırladaq ki, bir neçə gün öncə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət etmişdi. Yayılan video Ermənistanın təbiətə, heyvanlara qarşı qəddarlığının daha bir göstəricisidir.

Qeyd edək ki, sözügedən video 2021-ci ilin iyun ayında lentə alınıb.