Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvar ayının 3-də Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyi Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt nümayəndəliyinin üzləri və fəxri qonaqlar iştirak ediblər.

Bayram tədbirini giriş sözü ilə Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq nümayəndəliyin il yarım ərzində keçdiyi yola qısa nəzər salmış, görülən işlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının dəstəyindən xüsuis qeyd etmiş, əldə olunan nailiyyətlərdə xidməti olan hər kəsə öz təşəkkürünü bildirmiş və tədbir iştirakçılarına 2025-ci ildə uğurlar arzulamışdır.

Sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilmişdir. O, Qərbi Azərbaycan İcmasının ötən illər ərzindəki uğurlarından bəhs edərək bildirmişdir ki, bu, təkcə Qərbi azərbaycanlıların deyil, bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin və dövlət başçısı İlham Əliyevin hərtərəfli dəstəyinin nəticəsidir. Ə.Ələkbərli qeyd etmişdir ki,

Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikasının ərazi vahidləri üzrə yaradılan nümayəndəlikləri içərisində Sumqayıt nümayəndəliyi həmişə seçilib və heç şübhəsiz, bunda nümayəndəliyin hər bir üzvünün zəhməti var, xüsusilə Sumqayıt şəhər icra hakimiyyətinin, onun rəhbərliyinin diqqət və qayğısını da xüsusilə qeyd etmək lazımdır.

Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov tədbir iştirakçılarını salamlayaraq, şəhər İcra başçısı Zakir Fərəcovun təbriklərini şənliyə yığışanlara çatdırıb. O da öz növbəsində Qərbi Azərbaycan məsələsinin dövlətin prioritet siyasəti olduğunu və bu işdə hər kəsin töhfə verməli olduğunu qeyd edib.