Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Qocalanda

Eynək də düşər titrək əlindən qocalanda,

Qalmaz bir əsər qarə telindən, qocalanda,

 

Bir gün görəcəksən əyilib sərv qamətin,

Olmaz yapışan incə belindən, qocalanda.

 

Ömrün payızında solacaq qönçə dodaqlar,

Düşməz acı ah-nalə dilindən qocalanda.

 

Dilsiz bir ağac parçasına möhtac olarsan,

İmdad diləyərsən əcəlindən qocalanda.

 

Ömrün də xəzan vaxtı solan bağçaya bənzər,

Bağlar da bezər öz xəzəlindən qocalanda.

 

Naşad eləyər könlünü öz fikri-xəyalın:

Gəlməz belə dünya gözəlindən, qocalanda.

 

"Rəhm eylə dedim, Məmmədə yadlar kimi baxma"*

Bir gün utanarsan əməlindən qocalanda.

Məmməd Əvəzoğlu.04.04.2025.

*Əliağa Vahid