Nihat Məmmədli güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb
Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı başa çatmaq üzrədir.
Nihat Məmmədli (60 kq) final görüşündə Georgiy Tibilovu (Serbiya) 7:3 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Məmmədli üçün bu, qitə birinciliyində ikinci qızıl medaldır.


