Paşinyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır
Ermənistan eyni zamanda Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər münaqişə ilə bağlı səhifəni bağlayırıqsa, onda onun həlli ilə bağlı format nəyə lazımdır? ...Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik. "Yəni, o, hər iki sənədin imzalanmasını eyni gündə deyil".


