Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

UEFA Çempionlar Liqası: Bu gün turnirin ilk yarımfinalçıları müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk cavab oyunları keçiriləcək.

İngiltərənin “Aston Villa” klubu Fransanın "PSJ"ni, Almaniyanın “Borussiya”sı isə İspaniyanın “Barselona”sını qəbul edəcək.

Hər iki döyüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yada salaq ki, ilk oyunda "PSJ" “Aston Villa”nı 3:1, “Barselona” isə dörd cavabsız qol vuraraq “Borussiya”nı darmadağın edib – 4:0.

UEFA Çempionlar Liqası

1/4 final

15 aprel

23:00, Aston Villa - PSJ (ilk oyun - 1:3);

23:00, "Borussiya" - "Barselona" (ilk oyun - 0:4).