Fəridə Ağazadə:
Mətbuat Şurasının təşkilatçılığı ilə BDU-da seminar keçirilib
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin (ADU) istehsalat təcrübəsində olan bir qrup tələbəsi üçün Bakı Dövlət Universitetində (BDU) seminar təşkil olunub. Seminarda BDU-nun Jurnalistika fakültəsinin bir sıra tanınmış simaları və müəllim heyəti iştirak edərək tələbələrlə təcrübə və biliklərini paylaşıblar. Seminar çərçivəsində Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev tələbələri Jurnalistika fakültəsinin nəzdində yaradılmış bir sıra xüsusi mərkəz və otaqlarla tanış edib. Bunlara ARB24 otağı, “Xalq qəzeti”nin debat və Mətbuat Şurasının otağları, “Füyuzat” Mətn Mərkəzi, “Newslab” laboratoriyası və Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyası daxildir. Bu mərkəzlərin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verilib.
Vuqar müəllim, tələbələrimizə dəyərli vaxtınızı ayırdığınız üçün sizə və fakültənin bütün müəllim heyətinə çox təşəkkür edirik.
Ətraflı linkdə https://crossmedia.az/az/article/25839
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)