9-12 yanvar günlərində 18 yaşa qədər cüdoçular arasında seçmə xarakterli Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan bu çempionatda qızlar və oğlanlar 18 çəki dərəcəsində medallar uğrunda güləşəcəklər. FİN-in Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində baş tutacaq bu yarışda Bakı, Sumqayıt və digər regionları təmsil edən 800-dək cüdoçu tatamiyə çıxacaq. Yarışın proqramına əsasən, 9-11 yanvarda fərdi, 12 yanvar günü isə komanda yarışları keçiriləcək.
Yarışın final görüşləri İdman TV-də canlı yayımlanacaq.
Arenaya giriş pulsuzdur.
İNTİQAM Məmmədov