BMA-da ABŞ Joe Navarro Academy məzunu Anar Heydərovla görüş keçirilib
16 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Moskva Kinetika Məktəbinin səfiri, ABŞ Joe Navarro Academy məzunu Anar Heydərovla görüş keçirildi.
Qeyd edək ki, görüş BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın təşkilatçılığı ilə baş tutdu.
A.Heydərov görüşdə səhnə duruşu, səhnədə oturuş, özünüifadə və təqdim etmə kimi mövzulara toxundu. “Musiqiçi olmaq təkcə peşəyə sahib olmaq deyil. Bu, həm də o bilikləri daşımaq, çatdırmaq və insanlara təsir etmək bacarığıdır.
Kinetik bədən dilinə sahib olan insanlar çox zaman müxtəlif sahələrdə uğur qazanan, özünü doğruldan şəxslərdir. Mənim əsas məqsədim bu vacib mövzunu musiqiçilərə daha yaxından tanıtmaqdır. Çünki səhnədəki hər bir hərəkət — dinləyiciyə gedən mesajın bir hissəsidir” fikirlərini səsləndirdi.
Speaker çıxışını xüsusilə musiqiçilər üçün hazırladığından, tədbirin marağını daha da artırdı.
Anar Heydərovun Kinetik Bədən dili haqqında dərin bilikləri və mövzu barədə hər kəsin baxış bucağını dəyişdirəcək təsirli nitqi bütün auditoriyanın böyük marağına səbəb oldu. Həmçinin belə maarifləndirici çıxışı üçün hər kəs ona dərin təşəkkürünü bildirdi.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)