Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Orxan Fikrətoğlu:

Əgər Tanrısansa sənə nə deyim?

Dərdini deməyə qardaşın yoxsa

Sirrini deməyə sirdaşın yoxsa

Sənə yol olacaq yoldaşın yoxsa

Demək ya Tanrısan ya da ki tənha.

 

Əgər Tanrısansa sənə nə deyim?

Əgər tənhasansa zamanı əyir.

Əgər Tanrısansa dünyan mübarək

Əgər Tənhasansa ölümün xeyir!

 

Tanrı da tənhadı,sən də tənhasan.

Səni özü kimi yaratdı mövlan

Darıxma ,bu ömür göz qırpımıdı

Tanrı darıxmır ki,tənhalığından

Orxan Fikrətoğlu.

Best coffeeshop in Berlin