Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları açıqlanıb

Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub.

Maskotlar III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında ictimaiyyətə təqdim olunub.

Oyunların simvolları enerjili və mehriban bəbirlər - Bəbir və Leyladır. Qafqaz bəbiri timsalında yaradılmış onlar Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini təmsil edir.

Qafqaz bəbiri qədim zamanlardan ölkəmizin mənzərəli guşələrində məskunlaşıb. Bu nadir heyvan Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün mühafizəsini əhatə edən “Böyük beşlik” Proqramına, Azərbaycan Respublikasının Qırmızı Kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısının “Nəsli kəsilməkdə olan növlər” kateqoriyasına daxil edilib.

Xatırladaq ki, III MDB Oyunları 23 idman növünü əhatə edəcək. Yarışlar sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə keçiriləcək.

Best coffeeshop in Berlin