Şoyqu bildirib ki, Rusiya nüvə sınaqlarını bərpa edə bilər
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-nin oxşar hərəkətlərinə cavab olaraq Rusiyanın nüvə sınaqlarını bərpa edə biləcəyini istisna etməyib.
O, ABŞ-nin bir sıra nüvə silahları üçün zəmanət müddətlərinin başa çatmaq üzrə olduğunu, həmçinin yeni silah növləri hazırladığını vurğulayıb. Şoyqu hesab edir ki, bu, Vaşinqtonu nüvə sınaqlarını bərpa etməyə sövq edə bilər.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi cavab olaraq belə işləri görməyə hazırdır.


