Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının paradı keçiriləcək
Mingəçevir şəhərinin Heydər Əliyev prospektində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatanın rəsmi paradı keçiriləcək.
Parad aprelin 29-da saat 14:00-da başlayacaq və iştirakçı komandalar tamaşaçılara təqdim olunacaq.
Rəsmi hissədən sonra rəqs və musiqi nömrələri ilə konsert olacaq.
Xatırladaq ki, “Prezident Kuboku 2025” beynəlxalq reqatası aprelin 28-dən mayın 2-dək keçiriləcək. Avropa, Asiya və Afrikanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Tacikistan, Moldova və digər ölkələrdən 200-dən çox idmançı iştirak edəcək. Müsabiqədə Ukrayna və Özbəkistan da iştirak edəcək.


