Cüdoçuların Avropa Kata Turniri keçiriləcək
Aprelin 26-da Polşanın Radomi şəhərində cüdoçular arasında Avropa Kata Turniri (noqe-po-kata və katame-po-kata növlərində) keçiriləcək. Birgünlük turnirdə Azərbaycan da daxil olmaqla 13 ölkəni təmsil edən 92 (61 kişi və 31 qadın) tatami ustası medallar uğrunda mübarizə aparacaq. Azərbaycan turnirə 6 idmançı ilə qatılacaq. Onlardan dördü noqe-po-kata növündə, ikisi isə katame-po-kata növündə mübarizə aparacaq.
Noqe-po-kata:
İsmayıl Rzayev və Samir İsmayılov (hər ikisi hücum edən idmançı;
Natiq Qurbanlı - troi;
Elçin Mayılov - uke.
Katame-po-kata:
Rafiq Nəcəfov - troi;
Seymur Mecidli - uke.
İNTİQAM Məmmədov


