Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hafiz Əsədin məzarını dağıdıb, qalıqlarını oğurladılar

Naməlum şəxslər Suriyanın dövlət, siyasi və hərbi xadimi, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Ləziqiyyə əyalətinin Qardaha şəhərində yerləşən məzarını qazaraq orada olan sümükləri oğurlayıblar.

Bu, Suriyanın bir neçə Telegram kanalında yerləşdirilən videoda əksini tapıb.

Kadrlarda qəbir daşının tamamilə dağıdıldığı, məzarın qazıldığı, oradan qalıqların çıxarıldığı aydın görünür.

Suriyanın rəsmi orqanları hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, H.Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti postunu tutub.

Best coffeeshop in Berlin