Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kamera və Orqan Musiqisi zalında növbəti konsert 

26 aprel M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında 2024-2025-ci il üçün nəzərdə tutulan abonement konsertlər silsiləsinin son konserti baş tutdu. "

AZpress.AZ xəbər verir ki, Kamera Musiqisi Axşamı" adlı bu konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Dinara Əhmədovanın tələbələrinə həvalə olunmuşdu.Qeyd etməliyik ki, konsertdə Ü.Hacıbəyli adına BMA-nın dosenti Kübra Erişen (violin) də ifası ilə tədbiri daha da canlandırdı.Sevindirici haldır ki, məhz Ü.Hacıbəyli adına BMA-nın tələbəri olduqca gözəl və parlaq konsert proqramı ilə abonement tədbirlər silsiləsini yekunlaşdırdı. İstedadlı tələbələrin çıxışları heç bir dinləyicini biganə qoymadı. Konsert hərarətli, gur alqışlarla başa çatdı.Proqramda J.Eccles, W.A.Motzart, F.Schubert, A.Dvorak`ın əsərləri səsləndi.

Best coffeeshop in Berlin