Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində
"Fironlar ölkəsinə səyahət" adlı tədbir keçirildi
08.05.2025-ci il tarixində Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Uni Kids Club tədris mərkəzinin müdiri Yeganə Kələntərlinin təşkilatçılığı ilə "Fironlar ölkəsinə səyahət" adlı tədbir keçirildi.
Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi, səfirlik nümayəndələri və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, ardınca Misir Ərəb Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzin rəhbəri Dr.Prof.Tarek Mohammed çıxış edərək, tədbir təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.
Girişdə uşaqlardan ibarət musiqi səhnəsi təqdim olundu. "Fironlar ölkəsinə səyahət" adlı tədbirdə Qədim Misir tarixi nümayiş olundu.
Tədris mərkəzinin tələbələri skripka və gitarda "Arabian Nights" musiqisi ifa etdilər. Tələbələrin ifasında "Fironların rəqsi" nümayiş olundu.
Daha sonra Qədim Misir tarixinə həsr olunmuş sərgi nümayiş olundu.
AZpress.AZ, Fotomüxbir Mahir Əhmədov

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)