Salah üçüncü dəfə ilin futbolçusu seçilib
Mohamed Salah İngiltərədə Futbol Yazıçıları Assosiasiyasının (FWA) mükafatına layiq görülüb.
"Liverpul"un vingeri Premyer Liqada ilin oyunçusu seçilib.
Səsvermədə təşkilatın 900-dən çox üzvü iştirak edib. Misirli 90% səs toplayıb, bu, 21-ci əsrdə ən yüksək nəticədir.
Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarladı. O, əvvəllər 2018 və 2022-ci illərdə ən yaxşı kimi tanınıb.
Premyer Liqanın ən yaxşı dörd oyunçusu:
1. Mohamed Salah (Liverpul);
2. Vircil van Deyk (“Liverpul”);
3. Aleksandr İsak (Nyukasl);
4. Deklan Rays (Arsenal).
"Arsenal"ın futbolçusu Alessia Russo ilin ən yaxşı qadın futbolçusu seçilib.