Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti , Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində  elan olunmuş müsabiqənin yekun sərgiləri 13,14,15,16 may tarixlərində Xətai Sənət Mərkəzində  açılacaq.
Şüar-Azərbaycan səni sevirəm!Mövzu-Mənim gözlərimlə Azərbaycan! olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə elan olunmuşdur!
Müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən,.o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə ,Qazağıstan, Rusiya, Çin,Peru, Hindistan və Miyanmardan  2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmışdır və ümumilikdə sərgilərdə 900-ə yaxın əsər sərgilənəcək.
Əvvəlcədən elan olunmuş yerli və xarici rəssamlardan ibarət seçim  heyyəti  tərəfindən 10 ballıq  sistem üzrə aparılan  seçimdə əsasən mövzuya uyğunluq nəzərə alınmaqla ,yanaşma ,kompozisiya, rəng həlli əsas götürülməklə aparılmışdır  və sonda hər müəllifdən bir
əsər olmaqla sərgilənməyə  dəvət  olunurlar.
Sərgilənəcək əsərlər və müəlliflər:
8-12 yaş                 https://online.fliphtml5.com/udgyq/uxql/#p=1
13-15 yaş                https://online.fliphtml5.com/udgyq/dvyf/#p=1
16-21 yaş               https://online.fliphtml5.com/udgyq/chks/#p=1
Xarici iştirakçılar    https://online.fliphtml5.com/udgyq/arvr/#p=1
Sərgilənəcək əsərlərin təqdimi üçün son tarix: 10 may
Sərgilər  hər yaş kateqoriyası üçün ayrıca keçiriləcək. 
Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq. 
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.  Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər, 
həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq. 
 Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş
əsərlər tərəfimizdən çap olunaraq çərçivədə olmaqla sərgilənəcək və  müəlliflərə sertifikat göndəriləcək
 Əcnəbilər öz hesabına sərgilərdə və festivalda əyani olaraq iştirak edə bilər. 
 Müsabiqə və festivalda iştirak ödənişsizdir. 
 Əlavə suallar üçün +994 51-310-74 01 tel/whatsapp 
 Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi 
 Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025 

Best coffeeshop in Berlin