Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əlisa Qəmgin: YADA DÜŞÜR XATİRƏLƏR...

1960

Paşam, gümanım sənədir

Bilmirəm bu fitnə nədi.

Qarabağa minin üstə

Doqquz yüz altımış gəldi.

 

Söylə görüm, açması nə?

Xoşum gəlmədi bu saydan.

Rəqəmləri xəbər verir

Hansı ildən, hansı aydan.

 

Bu gedişin sonu hiylə

Gəl birgə girək meydana.

Koroğlu babam da demiş

Leş bir yana, baş bir yana.

 

Paşam belə söylədi ki

Tanrı Türkə yar olacaq.

Qoy eşitsin qara kabus

Ərgünəşdən gün doğacaq.

 

Mərd analar bu dünyaya

Neçə - neçə Ər doğacaq.

Bu dünyanın son sahibi

Əvvəl-axır Türk olacaq.

ƏLİSA QƏMGİN

03.01.2021