Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İraqda padşah və tanrıları təsvir edən nadir Assuriya relyefi tapılıb

Heydelberq Universitetinin (UOH) alman arxeoloqları qədim Ninevada (müasir İraq) eramızdan əvvəl 7-ci əsrə aid monumental barelyefin fraqmentlərini qazıblar və burada Aşşurun sonuncu böyük hökmdarı Aşşurbanipalın ali tanrılarla birlikdə təsviri meydana çıxıb.

AZpress.AZ xəbər berir ki, bu kəşf barədə elmi qurumun rəsmi saytında məlumat verilib.

İndiki Mosul şəhəri yaxınlığında yerləşən Nineva Assuriya İmperiyasının paytaxtı olub və Mesopotamiyanın ən mühüm arxeoloji abidələrindən biri olaraq qalır.

Şimal sarayının taxt otağında 5,5 metr uzunluğunda və təxminən 12 ton ağırlığında nəhəng daş lövhə aşkar edilib. Relyefdə padşahdan başqa, ali tanrı Aşur və Ninevanın himayədarı olan tanrıça İştar, həmçinin mifoloji varlıqlar təsvir edilmişdir.

Qazıntıların rəhbəri, professor Aaron Şmitt deyib: “Bu unikal təsvirdir – bizə məlum olan minlərlə Assuriya relyefləri arasında əsas tanrıların olduğu səhnələr praktiki olaraq yoxdur”.

Maraqlıdır ki, relyefin fraqmentləri Ellinizm dövründə (e.ə. III-II əsrlər) çuxurda basdırıldığı üçün qorunub saxlanılmışdır ki, bu da onların əvvəlki tədqiqatçıların diqqətindən yayınmasına imkan vermişdir.

Best coffeeshop in Berlin