Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi çərçivəsində dövlətə xəyanətdə təqsirləndirilən Azərbaycan vətəndaşı İsmayıl Rəfail oğlu Zamanlının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib.

Əvvəllər seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi barədə qərar qəbul edilib.

Növbəti məhkəmə iclası mayın 21-nə təyin edilib.

Qeyd edək ki, İ.Zamanlı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni xarici dövlətin xüsusi xidmət orqanlarının nümayəndələrinin göstərişlərini Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vurmaqla yerinə yetirməklə dövlətə xəyanətdə ittiham olunur.