Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan güləşçiləri İranda keçirilən turnirdə medal qazanıblar

İranın Behşəhr şəhərində sərbəst güləş üzrə “Nejad Hashimi Cup” turnirinə start verilib.

Yeddi ölkədən idmançıların mübarizə apardığı ənənəvi turnirin ilk yarış günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Fəxri kürsüyə yüksələnlər arasında 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iki üzvü var: Ömər Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib olublar. Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənməli olublar.

Bu gün 61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində medal sahibləri bəlli olacaq.

Best coffeeshop in Berlin