Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çin Xalq Respublikasının Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, rektorun keyfiyyətin təminatı üzrə müşaviri  Asiman İlyasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, GEIDCO-nun direktor müavini  Xu Ming, Əməkdaşlıq şöbəsinin baş meneceri Yu Kaifeng, Üzvlük şöbəsinin baş meneceri Gao Ming, İqtisadiyyat və Texnologiya Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Gao Chao, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisin direktoru Xupeng Chen və ofisin əməkdaşı Zhou Pengchao iştirak ediblər.
Qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra qonaqlar təmsil etdikləri təşkilatın əsas fəaliyyət istiqamətləri barədə danışıblar. Bildirilib ki, sözügedən təşkilatın məqsədi dünya miqyasında enerji sahəsində davamlı inkişafı təşviq etmək, qlobal enerji tələbatını təmiz və yaşıl alternativlərlə qarşılamaq, BMT-nin “Hamı üçün dayanıqlı enerji təşəbbüsü” və “İqlim dəyişikliyinə qarşı mübarizə” məqsədlərini həyata keçirməkdir.     
Görüşdə ali təhsildə potensialın artırılması ilə bağlı müxtəlif layihələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, təşkilatın 142 ölkədən 1346 üzvü, 7 regional ofisi, o cümlədən 72 milli nümayəndəlik ofisi və 6 regional komitəsi var.

***

RU:

Представители Организации по развитию взаимосвязей и сотрудничеству по глобальной энергии побывали в БГУ

В Бакинском государственном университете (БГУ) состоялась встреча с делегацией Организации по развитию взаимосвязей и сотрудничеству по глобальной энергии (GEIDCO) Китайской Народной Республики (КНР).

Во встрече приняли участие проректор БГУ Шахин Панахов, советник ректора Асиман Ильясов, заведующий отделом международных связей Рауф Гасанов, заместитель директора GEIDCO Ху Минг, генеральный менеджер отдела сотрудничества Йу Каийфэнг, генеральный менеджер отдела членства Гао Минг, старший научный сотрудник Института экономики и технологий Гао Джхао, директор офиса по Восточной Европе и Центральной Азии Хупэнг Джхен и сотрудник офиса Зхоу Пенгджхао.

Гостям была предоставлена ​​подробная информация об истории, деятельности, структуре, преподавательской и научной деятельности университета.

Затем гости рассказали об основных направлениях деятельности представляемой ими организации. Было заявлено, что целью данной организации является содействие устойчивому развитию в энергетическом секторе во всем мире, удовлетворение мирового спроса на энергию за счет чистых и экологичных альтернатив, а также реализация целей «Инициатив устойчивой энергетики для всех» и «Борьба с изменением климата» ООН.   

На встрече также обсуждались различные проекты и вопросы сотрудничества, связанные с Целями устойчивого развития.

Отметим, что GEIDCO насчитывает 1346 членов из 142 стран, 7 региональных отделений, в том числе 72 национальных представительства, и 6 региональных комитетов.

Best coffeeshop in Berlin