Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mnatsakanyanın Azərbaycan ərazilərinin işğalında iştirakını təsdiq edən materiallar öyrənilib

Bakıda müharibə və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi davam edir.

Mayın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşları - Arayik Arutyunyan, Arkadi Qukasyan, Baako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə açıq məhkəmə iclası davam etdirilib. Onlar sülh və bəşəriyyətə qarşı ağır cinayətlər, o cümlədən işğalçı müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozmaq, habelə terrorizm, onun maliyyələşdirilməsi, hakimiyyətin zorakılıqla ələ keçirilməsi və saxlanılması və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş bir sıra digər cinayətlərdə ittiham olunurlar.

Prosesdə təqsirləndirilən şəxslər, onların vəkilləri, zərərçəkmişlərdən bəziləri, onların qanuni nümayəndələri və varisləri, habelə dövlət ittihamçıları iştirak ediblər. Bütün müttəhimlər danışdıqları dildə tərcüməçi və müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalı prosesində iştirakını təsdiqləyib. Onun sözlərinə görə, bu illər ərzində keçmiş separatçı qurumda “batalyon komandiri”, “diviziya komandiri”, “artilleriya rəisi” vəzifələrində çalışıb.

Best coffeeshop in Berlin