Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Almaz Həsrət:

Bəzilərinə anlada bilmədim ki, insan sərbəst fikir bildirməyi bacarmalıdır

Emil Tagizade şəxsən özümün və məktəbimizin bəzi müəllimlərinin sosial şəbəkədə yazdıqları fikirlərinə görə mənə dəfələrlə "iradlar" bildirilib. O adamlara anlada bilmədim ki, insan sərbəst fikir bildirir. Mənasını da hər kəs özünün qandığı tərzdə dərk edir.

Anlamırlar ki, insanların sərbəst şəkildə rəy yazmasına, hansısa səhifə və ya profilin yazılarını bəyənməsinə, hansısa təhsillə bağlı maarifləndirici tədbirlərə qoşulmağına kimliyindən və vəzifəsindən asılı olmayaraq qadağa qoyula bilməz. Bu addımı atmaq konstitusiyamızın 47-ci maddəsinə ziddir.

Maddə 47. Fikir və söz azadlığı

I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

Best coffeeshop in Berlin