Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mənsurlunun rinoseptoplastika əməliyyatından sonra vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Nəsimi rayon Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı həkim-otolarinqoloq Syanan Mehdiyevin yanvarın 3-də N.Mənsurlu üzərində keyfiyyətsiz cərrahi əməliyyat keçirməsi və onun ölümünə səbəb olması barədə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında S.Mehdiyev Azərbaycan Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.

Best coffeeshop in Berlin