Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Azərbaycan güləşçiləri Rusiyadan medallarla dönüblər

Azərbaycan güləşçiləri Rusiyanın ayrı-ayrı şəxslərində keçirilən turnirlərdən medallarla dönüblər. AGF-dan verilən məlumata görə, Rusiyanın Tabov şəhərində əməkdar məşqçi  Andrey Riskinin xatirə turnirində iştirak edən güləşçilərimiz üçü qızıl, ikisi gümüş və altısı bürünc əyarlı olmaqla 11 medal qazanıblar. Yeri gəlmişkən, qızıllar Umud Aqammedov (35 kq), Əhməd Nuruzadə (38 kq) və Zeyd Süleymanlının (41 kq) aktivinə yazılıb. Komandanın üzvləri "Təhsil" İdman Mərkəzinin yetirmələri olub.

Rusiyanın Kadpiysk şəhərində isə sərbəst güləş üzrə beşqat dünya çempionu Əli Əliyevin ənənəvi beynəlxalq xatirə turniri keçirilib. Bu turnirdə isə Musa Aqayevlə (65 kq) Cəbrayıl Hacıyev (79 kq) üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin